Millimiz mübarizəyə başlayır
- 23 İyl 2024 10:30
- 215
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda yarışacaq.
Rekord.az xəbər verir ki, qrup oyunları Kosovonun paytaxtı Priştinada keçiriləcək.
Azərbaycan millisi B qrupunda Albaniya, Gürcüstan və Ermənistan komandaları ilə qarşılaşacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız ilk oyununu bu gün Albaniyaya qarşı keçirəcək. Bir gün sonra Gürcüstanla üz-üzə gələcək basketbolçularımız qrupun son matçında Ermənistanla qüvvələrini sınayacaqlar.
23 iyul
19:00. Azərbaycan - Albaniya
24 iyul
19:00. Azərbaycan - Gürcüstan
25 iyul
16:30. Azərbaycan - Ermənistan