![photo](https://rekord.az/uploads/5/449380861-785181680455934-8858078707405116450-n-600x300.jpg)
Millimiz Niderlanda uduzdu
- 2024-06-30 13:00
- 88
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.
Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.