Millimiz Niderlandla oyundan öncə Almeredə məşqə çıxdı
- 19 Dek 2023 00:58
- 225
Bu gün səhər saatlarında Bakı-İstanbul-Amsterdam hava reysi ilə Niderlanda gedən futzal üzrə Azərbaycan millisi paytaxtdan avtobusla matçın keçiriləcəyi Almere şəhərinə yollanıb.
Rekord.az xəbər verir ki, zədəli Amadeu və sənədlərində problem olan Emil Həsənzadə komandadan kənarda qalıb.
Əvəzində Eduardo Borges və Mirzə Əmirov heyətə cəlb edilib. Edu sabahkı məşqdə iştirak edəcək. Komanda bu gün matçın keçiriləcəyi Almeredəki “Topsportcentrum Arena”da ilk məşqini edib.