17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Rekord.az xəbər verir ki, millimiz bu dəfə Norveçlə üz-üzə gəlib. Farer adalarının Torshavn şəhərində təşkil olunan oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Norveçlilər bütün qolları ilk yarıda vurublar.

Xatırladaq ki, millimiz ilk turda Sloveniyaya 0:5 hesabıyla uduzmuşdu. Norveç isə Farer adalarını 12:0 üstələmişdi.

Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Sloveniya ilə üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi
5-ci qrup

20 oktyabr

Norveç – Azərbaycan 5:0