Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə qarşılaşıb.

Görüş voleybolçularımızın üstünlüyü ilə keçib və millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Matçdan sonra keçirilən əlavə hissədə isə rəqib qalib gəlib. 

Qeyd edək ki, bu komandaların bundan əvvəl baş tutmuş yoxlama oyunları da millimizin xeyrinə yekunlaşıb (3:0, 3:1).