19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma meydan sahibi Albaniya ilə üz-üzə gələcək.


Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.