Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Sloveniyanın qonağı olacaq.

Ötən həftə Bakıda baş tutan görüşdə rəqibə məğlub olan yığmamız səfərdə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.