Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirinə hazırlıqlara start verib. “Rekord.az” xəbər verir ki, yığmamız  təlim-məşq toplanışına ilk olaraq Voleybol Mərkəzində başlayıb.

Yarışda Vasif  Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Daha sonar komandamız təlim-məşq toplanışı üçün Türkiyə və Polşaya yollanacaq. Millimizin hazırlıq çərçivəsində bir neçə yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya təsnifat turniri gələn il yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. B qrupunda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika kollektivləri yer alıblar. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

 

Avropa Olimpiya təsnifat turniri

7 yanvar

A qrupu

   19:00 Polşa - Bolqarıstan
   22:30 Azərbaycan - Hollandiya

B qrupu

   16:00 Almaniya - Türkiyə


8 yanvar

A qrupu
   22:30 Bolqarıstan - Hollandiya

B qrupu

   16:00 Xorvatiya - Türkiyə
   19:00 Belçika - Almaniya


9 yanvar

A qrupu
   19:00 Bolqarıstan - Azərbaycan
   22:30 Hollandiya - Polşa

B qrupu

   16:00 Belçika - Xorvatiya


10 yanvar

A qrupu
   23:00 Polşa - Azərbaycan

B qrupu

   16:30 Almaniya - Xorvatiya
   19:30 Türkiyə - Belçika