Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.


Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.


Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.