Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.