Millimiz Polşaya böyük hesabla uduzdu
- 11 Mar 2020 20:20
- 681
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, millimiz Polşa yığması ilə qarşılaşıb.
Bakıdakı “ASK Arena”da baş tutan görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.
D qrupunda yer alan Azərbaycan millisi İspaniya, Çexiya, Belarus, Moldova və Polşa ilə mübarizə aparır. Yığma əvvəlki görüşlərdə İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabıyla uduzub.
AÇ-2021-in seçmə mərhələsi
11 mart
Azərbaycan – Polşa 0:5
Qol: E.Pajor, 19; 90+1. A.Şikora, 44; 90+3. A.Tarjinska, 90.
Hakimlər: Kristiana Mariana Trandafir, Petruta Klaudia İugulescu, Daniela Konstantinesku, İuliana Elena Demetresku (Hamısı Rumıniya).
Bakı. “ASK Arena”.
Azərbaycan: 1. Aytac Şərifova (k), 3. Jalə Məhsimova, 4. Nigar Mirzaliyeva, 5. Ayşən Əhmədova, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 14. Nazlıcan Parlak, 17. Mislina Gözükara, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Elvira Əsgərzadə, 22. Nərgiz Əliyeva, 2. Neslihan Bozkaya, 6. Rövşanə Sərdarlı, 7. Coşqunə Əliyeva, 8. Firəngiz Teymurova, 11. Aytac Nemətova, 15. Kamilla Məmmədova, 16. Salome Qasviani, 20. Roza Quliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
Polşa: 1. Katarzina Kiedrzinek (k), 3. Gabriela Grzivinska, 4. Paulina Dudek, 5. Aleksandra Şikora, 7. Malgorzata Mesjaş, 8. Natalia Çudzik, 9. Eva Pajor, 13. Patricsia Balcerzak, 15. Katarzina Dalezçik, 16. Dominika Grabovska, 21. Emilia Zdunek.
Ehtiyat oyunçular: 12. Anna Szymanska, 22. Monika Sovalska, 2. Martina Viankovska, 6. Silvia Matişik, 10. Agata Tarjinska, 11. Evelina Kamçzik, 14. Malgorzata Grec, 17. Olqa Zubçik, 18. Veronika Zavistovska, 19. Nikola Karjevska, 20. Julia Matuşevski, 23. Adriana Açinska.
Baş məşqçi: Miloş Stepinski.