Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız A qrupunun görüşləri çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın 13:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, turnirin açılış qarşılaşmasında yığmamız "Baku Fleyms" klubuna 21:6 hesabı ilə qalib gəlmişdi.