Millimiz Qazaxıstana səfərdə də uduzdu
- 11 Okt 2023 19:40
- 338
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, A qrupunda yer alan yığma 4-cü turda Qazaxıstanla üz-üzə gəlib.
Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.
Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.