Martın 13-dən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycanın Qərb bölgəsinin yeniyetmələrdən ibarət seçmə komandası ilə Qazaxıstanın eyni yaş qrupu üzrə komandası birgə təlim-məşq toplanışı keçir.

Rekord.az xəbər verir ki, iki həftəlik hazırlıq prosesində sərbəst güləş üzrə yeniyetmələr arasında dünya və Avropa mükafatçıları da iştirak edir.

Həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı yaxın günlərdə Bakı İdman Sarayında keçiriləcək U-20 və U-17 Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.