Millimiz Qazaxıstanla oyuna tam heyətlə hazırlaşır
- 05 Okt 2023 12:30
- 429
DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 6-da Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, futzalçılarımız dünən Bakı İdman Sarayında tam heyətlə məşq ediblər.
Taktiki çalışmadan əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvləri ilə görüşüb, futzalçıları dinləyib, qarşıdakı oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.
Xatırladaq ki, Azərbaycan - Qazaxıstan oyunu oktyabrın 6-da, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq.