18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.