Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi sabah qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə başlayacaq. "Rekord.az" xəbər verir ki, komandamızın mayın 15-də start götürən təlim-məşq toplanışı bu gün yekunlaşıb. 

Millimiz AVRO-2023-ün təsnifat mərhələsində ilk rəsmi matçını avqustun 3-də Danimarka yığmasına qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək. 

Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir. 

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

Avropa çempionatı, təsnifat 

A QRUPU

3 avqust

   18:00 Azərbaycan – Danimarka