Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamızı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar. Onlar voleybolçularımıza uğurlar arzulayıblar və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, yığmamız bir həftə Sloveniyada təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində bir neçə yoxlama oyunu da keçiriləcək. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarımızın baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.