Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız ilk oyunda Gürcüstan yığması ilə qarşılaşıb.

Paytaxtda baş tutan oyun gərgin başlayıb. Rəqib ehtimalların əksinə olaraq görüşə daha yaxşı başlayıb və komandamıza ciddi müqavimət göstərib. Lakin voleybolçularımız uzatmaya gedən seti əldən verməyiblər. Bundan sonrakı hissələrdə də qələbə qazanan millimiz quru hesablı nəticəmizi rəsmiləşdirib. 

 

Avropa çempionatı, təsnifat

D qrupu 

20 avqust

   Azərbaycan - Gürcüstan 3:0