Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14

Yığmamız daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.