Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda cəzalı duruma düşüb.

Rekord.az xəbər verir ki, buna Braziliya əsilli yarımmüdafiəçinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan Slovakiya ilə səfər oyununda sarı vərəqə görməsi səbəb olub.

Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı futbolçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq.

Hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. Qazaxıstanla oyun isə 3 gün sonra Bakıda keçiriləcək.