Millimiz Rusiyaya məğlub oldu
- 17 Sen 2021 22:26
- 525
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Rusiya ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Azərbaycan millisi seçmə mərhələnin E qrupunda Rusiya ilə yanaşı, Danimarka, Bosniya və Herseqovina, Monteneqero və Malta ilə mübarizə aparacaq.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
17 sentyabr
Rusiya – Azərbaycan 2:0
Qollar: Marina Fedorova, 42. Nelli Korovkina, 75.
Baş hakim: Viola Raudzina (Latviya)
Rusiya: 21. Yuliya Qiçenko, 3. Anna Kojnikova (k), 6. Alena Andreyeva (23. Lina Yakupova, 86), 8. Alsu Abdullina, 10. Nadejda Smirnova (9. Natalya Maşina, 74), 14. Kristina Maşkova (11. Elina Samoylova, 81), 15. Anna Belomıttseva, 17. Marina Fedorova, 16. Yana Şeina (18. Ekaterina Pantyukhina, 74), 20. Nelli Korovkina (19. Marqarita Çernomırdina, 86), 22. Viktoriya Kozlova.
Ehtiyat oyunçular: 1. Tatyana Şerbak, 12. Elvira Todua, 2. Nataliya Morozova, 4. Alena Ruzina, 5. Nataliya Perepeçina, 7. Mariya Qalay, 13. Vera Simanovskaya.
Baş məşqçi: Yuri Krasnojan.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 10. Kristina Bakarandze (14. Coşqunə Əliyeva, 87), 11. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 20. Peritan Bozdağ (15. Kamilla Məmmədova, 63), 21. Aysun Əliyeva (k) (6. Bilge Su Koyun, 87).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 16. Nəzrin Məmiyeva, 17. Vüsalə Hacıyeva, 19. Sona Rəhimova, 23. Alina Nahmadova.
Baş məşqçi: Siyasət Əsgərov.