Bu gün 19 yaşadək futbolçulardan  ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Rekord.az xəbər verir ki, komandamız San Marino ilə qarşılaşıb.

Görüş formal xarakter daşıyırdı. Hər iki komandanın aktivində xal olmadığından, qalib gələn tərəf qrupu 3-cü pillədə başa vurmaqla öyünəcəkdi.

Bu qələbə Azərbaycan yığmasına qismət olub. Millimiz iki cavabsız qola sevinib.

Qeyd edək ki, azərbaycanlı futbolçular ilk iki oyunda Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olmuşdular.

AÇ-nin seçmə mərhələsi
7-ci qrup

15 oktyabr

San Marino - Azərbaycan 0:2
Qol: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.
Baş hakim: Alan Mario Sant (Malta)
Stovki. "Fridek Mistek" stadionu.