21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, “Azersun Arena”da Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Avtoqolun qeydə alındığı oyunda komandamızın digər qollarını 41-ci dəqiqədə penaltidən Nəriman Axundzadə və 90+1-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

Xatırladaq ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu.