![photo](https://rekord.az/uploads/5/105aacd9-4376-3c6b-b431-493ba067a090-850-600x300.jpg)
Millimiz Şimali Makedoniyaya uduzdu
- 2024-04-03 20:21
- 156
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, 5-ci qrupda yer alan komanda bu gün 5-ci tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.