21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisi oktyabrın 8-də Nitra şəhərindəki “Nitra” stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.