Millimiz Slovakiyaya da qalib gəlib, qrup qalibi oldu
- 26 Okt 2019 21:38
- 890
Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
Rekord.az xəbər verir ki, Joze Alesio da Silvanın yetirmələrinin üçüncü sınağı Slovakiyaya qarşı olub.
İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanan yığmamız elit-raunda vəsiqəni rəsmiləşdirib.
Amma Slovakiya ilə son qarşılaşma əhəmiyyətini itirməmişdi. Qrup qalibi olmaq üçün futzalçılarımıza mütləq qələbə lazım idi. Çünki elit-raundda qrupun tərkibini müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vurmaq həlledici rol oynayacaqdı.
Hər iki komandanın aktivində 6 xal olduğundan, millimiz Bakı İdman Sarayında mütləq qələbə qazanmalıydı. Futzalçılarımız bu vəzifənin öhdəsindən inamlı qələbə ilə gəliblər.
DÇ-2020-nin əsas seçmə mərhələsi
26 oktyabr
Azərbaycan - Slovakiya 2:0
Qol: Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya).
Bakı İdman Sarayı.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 6. Eduardo, 10. Vassura, 13. Amir Şocaei.
Ehtiyat oyunçular: 1. Elnur Zamanov, 5. Vahid Şafiei, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14. Hadı Ahmadi, 17. İsa Atayev, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alessio Da Silva.
Slovakiya: 12. Oberman, 3. Rafay, 5. Rik, 7. Smeriçka, 16. Drahovski.
Ehtiyat oyunçular: 1. Herko, 4. Çerovski, 6. Şevçik, 8. Hudek, 9. Kozar, 10. Zatoviç, 11. Kyjovski, 13. Doşa, 17. Kristofik.
Baş məşqçi: Marian Berki.