Millimiz Slovakiyaya qarşı
- 26 Okt 2019 16:40
- 1037
Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2020-nin əsas seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, millimiz həlledici oyunda Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İnqo Heemsot (Almaniya).
Qeyd edək ki, həm Azərbaycan, həm də Slovakiya yığması əvvəlki iki oyunundan qalib ayrılıb. Bu üzdən də sözügedən komandalar qrup qalibi olmaq üçün son turda da qələbə qazanmağa çalışacaqlar.