Millimiz Sloveniya yığmasına da uduzdu
- 17 Mar 2024 17:00
- 176
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Sloveniya yığması ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan milli komandası 2-ci raundda son oyununu martın 20-də, saat 17:30-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.