DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisi matçın keçiriləcəyi Almeredəki “Topsportcentrum”da son məşqini keçirib.

Rekord.az xəbər verir ki, oyunöncəsi çalışmadan əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvləri və məşqçilər korpusu ilə görüşüb, uğurlar arzulayıb, qələbənin millimiz üçün vacib olduğunu bildirib.

Daha sonra komanda 90 dəqiqəyə yaxın taktiki planda çalışıb, standart vəziyyətlərin tətbiqini məşq edib. Karyerasını Belçikanın “Anderlext” klubunda davam etdirən Eduardo Borges də dünən milliyə qoşulub.

Qeyd edək ki, Niderland – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.