Millimiz son oyunda da uduzdu
- 20 Noy 2019 00:59
- 1494
Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız son turda səfərdə Slovakiya yığması ilə üz-üzə gəlib.
E qrupunda yer alan millimiz 1 xalla sonuncu idi. 10 xala malik slovaklar isə 4-cü pillədə qərarlaşmalarına baxmayaraq, AÇ-2020-yə vəsiqə qazanmaq şanslarını saxlayırdılar. Yığmamız isə sadəcə, seçmə mərhələnin son oyununda müsbət nəticə qazanmaq üçün mübarizə aparırdı. Amma komandamız son qarşılaşmadan da məğlub ayrılıb.
Qrupun digər oyununda Uels və Macarıstan yığmaları qarşılaşıb. İnamlı qələbəyə sevinən uelslilər lider Xorvatiyanın ardından ikinci yerlə AÇ-2020-yə vəsiqə qazanıblar - 2:0.
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
19 noyabr
Slovakiya - Azərbaycan 2:0
Qol: R.Bojenik, 19. M.Hamşik, 86.
Baş hakim: Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş.
Baş məşqçi: Pavel Hapal.
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 5. Elvin Camalov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Baş məşqçi: Nikola Yurçeviç.
Xorvatiya – 17, Uels – 14, Slovakiya – 13, Macarıstan – 12, Azərbaycan – 1.