![photo](https://www.rekord.az/storage/news/2025_02_09/24d0b8e0_6932_3231_982d_85718e95baa8_850_1739118750.jpg)
Millimiz son oyunda da uduzdu
- 09 Fev 2025 20:31
- 62
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.
Rekord.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 88:34.
Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.