Millimiz son oyunda qələbə qazandı
- 08 Okt 2019 18:41
- 949
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Rekord.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşıb.
“Cidade Desportiva do SC Braga” stadionunda keçirilən görüş Azərbaycan millisinin minimal hesablı qələbəsiylə başa çatıb. Oyunda yeganə qolu 72-ci dəqiqədə Dilara Soley Deli vurub.
Azərbaycan millisi turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Portuqaliya və Almaniya yığmalarına eyni – 0:6 hesabıyla uduzmuşdu.
AÇ-nin seçmə mərhələsi
8 oktyabr
Albaniya – Azərbaycan 0:1
Qol: 72, Dilarə.
Qırmızı vərəqə: Sona Rəhimova, 90+3 (Azərbaycan)
Baş hakim: Yoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Dora Mriante (Kipr), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alis Pimenta Oliveira (Portuqaliya)