Aprelin 4-dən etibarən Tailandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin qrup oyunları start götürəcək.

Rekord.az xəbər verir ki, Paris-2024 Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz “B” qrupunda, “Lotto” (Polşa), “CT Tiger” (Tayland), “Udon Wolves”(Tayland), “Uratex Dream”(Tayland) klubları ilə qarşılaşacaq.

Beynəlxalq turnir 7 aprelə qədər davam edəcək.

Qeyd edək ki, 3x3 qadın millimizi beynəlxalq turnirdə Dina Ulyanova, Mersedes Volker, Tatyana Deniskina və Aleksandra Mollenhauerdən ibarət olan heyət təmsil edəcək.