Millimiz Tbilisidə Heydər Əliyevin xatirəsini anıb
- 2021-05-10 15:43
- 738
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Gürcüstanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb. "Rekord.az" xəbər verir ki, Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində bu ölkədə yarışan komandamız bu gün ümummilli lider Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edib.
Yığmamızın üzvləri, məşqçilər korpusu və federasiya nümayəndələri ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyublar.