Azərbaycan və Türkiyə milli komandaları arasında yoxlama oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş yerli mətbuata müsahibəsində deyib. 

Günəş, 2020-ci il, mayın 26-da Antalyada Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcəklərini bildirib.

Türkiyə millisi Azərbaycandan sonra iyunun 1-də Xorvatiya, 4-də isə İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək.

AÇ-2020-nin əsas mərhələsi çərçivəsində 2020-ci ilin iyulun 17-də Türkiyə-Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları Bakıda təşkil olunacaq.