![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
Millimiz Türkiyə yığmasına ikinci oyunda məğlub oldu
- 12 Sen 2023 20:31
- 404
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundn ibarət komandasına qarşı oyun 2:0 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanmışdı.