![photo](https://www.rekord.az/storage/uploads/5/tff-affa.jpg)
Millimiz Türkiyə yığmasına İstanbulda qalib gəldi
- 09 Sen 2023 23:58
- 347
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-17 rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.
Millimizin qollarını 81-ci dəqiqədə Ümid Səlimov və 89-cu dəqiqədə Emin Feyzullayev vurub.
Bu komandalar arasında növbəti oyun sentyabrın 12-də keçiriləcək.