Millimiz Türkiyədə hazırlıq keçəcək
- 17 İyn 2024 13:40
- 300
Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.
Rekord.az xəbər verir ki, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.
Bu gün səfərə yollanan yığmanın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-dək davam edəcək.
Paris-2024 iyulun 26-da start götürəcək.