19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, 2-ci qrupda yer alan yığmamız Türkiyə seçməsi ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

AÇ-nin seçmə mərhələsi
2-ci qrup

24 sentyabr

Türkiyə - Azərbaycan - 5:1
Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 - Nəriman Axundzadə, 44 (penalti)
Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)