Voleybolçu kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Türkiyə kollektivini qəbul edib.

Oyun voleybolçularımız üçün yaxşı başlamayıb. Qonaqlar ardıcıl iki setdə qalib gəlməklə önə keçiblər. Növbəti hissəyə daha yaxşı başlayan millimiz hesabda önə keçib. Lakin təşəbbüsü yenidən ələ alan türkiyəli voleybolçular bu setdə də qalib gəliblər. Beləliklə, 3 set davam edən matçda yığmamız quru hesabla uduzub.

 

Avropa çempionatı, təsnifat

A qrupu 

   Azərbaycan - Türkiyə 0:3 (11:25, 16:25, 20:25)