Qadın voleybolçulardan ibarət Azərbaycan yığması olimpiya senziya turnirinə hazırlığın Bakı mərhələsini başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Türkiyəyə yola düşüb.

Millimiz Vasif Talıbovun baş məşqçiliyi ilə məşqlərin növbəti mərhələsini Türkiyə və Polşada keçəcək. 

Yığmamız qonşu ölkədə bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq. Daha sonra Polşaya yollanacaq millimiz oradakı təlim-məşq toplanışı çərçivəsində də yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.