
Millimiz üçün daha bir rəqib tapıldı
- 24 Fev 2025 12:50
- 65
Futbol üzrə Azərbaycan milli komandasının yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, millimiz Latviya yığması ilə qarşılaşacaq.
Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.