Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatlarında 25-ci oyununu keçirib. 

Rekord.az xəbər verir ki, bunadək seçmə, pley-off və final mərhələlərində 24 matç keçirən yığmanın yubiley oyunu Moldova ilə görüşə təsadüf edib. 

Komandamız hesabda geri düşdüyü qarşılaşmada dönüş yaradaraq 3:1 hesablı qələbə qazanıb. Yubiley oyununda qalib gələn milli 25 matçda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapısından 111 top keçirən futzalçılarımız 81 qol buraxıblar.