17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Görüş “Zimbru” stadionunda, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.


Qeyd edək ki, milli aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə üz-üzə gələcək.