Millimiz UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub
- 2024-09-22 16:00
- 31
15 yaşadək (U-15) qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub.
Rekord.az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-15 daha əvvəl Belarusa 1:8 Özbəkistana isə 1:2 hesabı ilə uduzub.