21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Noyabrın 19-da “Dalğa Arenada” keçiriləcək görüş saat 18:00-da start götürəcək.