Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da növbəti matçına çıxıb.

Samir Əliyevin çalışdırdığı komanda qrup lideri Ukrayna yığmasını qəbul edib. Millimiz bu oyunda növbəti darmadağına üzülüb.

Qrupun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-nin seçmə mərhələsi
F qrupu

26 mart

Azərbaycan – Ukrayna 0:3
Qollar: A.Yatsuk, 25. O.Oçeretko, 40. V.Rubxniski, 66.
Baş hakim: Dario Bel (Xorvatiya).
Bakı. “Qarabağ Arena”.

Azərbaycan: Rüstəm Samiqullin, Qurban Səfərov, Seymur Məmmədov, Cəlal Hüseynov (k), Süleyman Damadayev, Rüfət Əhmədov, Murad Vəliyev, Emil Səfərov, Zeynəddin Abdurrahmanov, Camal Cəfərov, Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov, 5. Nazim Həsənzadə, 14. Ayxan Süleymanlı, 16. Xəyal Əliyev, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli.
Ukrayna: Ruslan Neşeret, Artyom Smoliakov, Arseni Bataxov (k), Volodimir Saliuk, İlya Krupski, Oleq Oçeretto, Valentin Rubxniski, Aleksandr Yatsuk, Nazar Voloşin, İqor Kraşnopir, Maksim Braxaru.
Ehtiyat oyunçular: 12. Yakov Kinareykin, 2. Konstantin Vivçorenko, 5. Vitali Roman, 6. Boris Kuşinski, 9. Yevgen Kavlyuk, 11. İvan Varfolomiyev, 14. İlya Kvasnitsa, 17. İqor Xorbax, 19. Maksim Xan.

Xal: Ukrayna – 18. İngiltərə – 15. Serbiya – 10. Lüksemburq – 4. Şimali İrlandiya – 3. Azərbaycan – 3.