Millimiz Ukraynaya quru hesabla uduzdu
- 25 Noy 2019 16:45
- 980
Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. “Rekord.az” xəbər verir ki, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır.
A qrupunda yer alan Emin Əbilovun rəhbərlik etdiyi komandamız ilk matçını Ukrayna millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, AVRO-2020-yə seçmə statusu daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu ev sahibi Gürcüstana qarşı keçirəcək.
EEVZA çempionatı
I tur
Azərbaycan - Ukrayna 0:3 (11:25, 12:25, 11:25)