XXXI Ümumdünya Yay Universiadasında mübarizə aparan tələbə oğlanlardan ibarət Azərbaycan millisi bu gün ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamızın ilk rəqibi Ukrayna kollektivi olub.

Görüş komandamız üçün pis başlayıb və voleybolçularımız ilk setdə məğlub olublar. Təəsüf ki, növbəti hissələrdə də rəqib üstün olub. 3 set davam edən matçda yığmamız quru hesabla uduzub.

C qrupu (kişilər)
29 iyul

Azərbaycan - Ukrayna 0:3 (21:25, 20:25, 21:25)